Moskvada maska və əlcək məcburidir
07.05.2020
Moskvada sərnişinlər mütləq şəkildə qoruyucu maska taxmalı və əlcək geyinməlidirlər.
Bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin məlumat verib. O bildirib ki, bu qoruyucu tədbirin həyata keçirilməsi sənaye müəssisələrində və tikintidə işlərin bərpa edilməsi ilə bağlıdır.
Moskva sakinlərinin 2-2,5 faizi sənaye müəssisələrində və tikintidə işləyir. Bu isə təxminən 300 min nəfərdir. S.Sobyanin qeyd edib ki, koronavirusun yayılması ilə bağlı məhdudiyyət tədbirlərinin tətbiqi hələ uzun müddət davam edəcək.
Qeyd edək ki, Moskvada 92 min 676 koronavirus infeksiyasına yoluxmuş xəstə qeydə alınıb. İndiyədək 9227 nəfər sağalıb, 905 xəstə vəfat edib.