İndoneziya sahillərində 6,9 bal gücündə zəlzələ
07.05.2020
İndoneziyanın şərqində yerləşən Banda dənizində 6,9 bal gücündə zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentrinin Kay adasında yerləşən Tual şəhərindən 344 kilometr cənub-qərbdə, ocağının 113 kilometr dərinlikdə yerləşdiyi bildirilir.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.