ABŞ raketlərindən imtina etmirik - Yaponiya
07.05.2020
Yaponiya hökuməti ABŞ-ın "Aegis Ashore” raket hücumundan müdafiə komplekslərinin Akita prefekturasının Araya poliqonunda yerləşdirilməsindən imtina etməyib.
Bunu jurnalistlərə açıqlamasında Yaponiya Nazirlər Kabinetinin Baş katibi Yosixide Suqa deyib. Onun sözlərinə görə, hələlik bununla bağlı heç bir qərar qəbul edilməyib.
Qeyd edək ki, bundan öncə Yaponiya KİV-ləri "Aegis Ashore” sistemlərinin Akitada yerləşdirilməyəcəyi haqqında qərar qəbul edildiyini yazmışdı. Bu qərarın yerli əhalinin etirazları ilə əlaqədar qəbul edildiyi vurğulanmışdı.