Türkiyədə sayı 78 min xəstə sağalıb
07.05.2020
Türkiyənin yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı tədbirlər böyük nəticələr verməkdədir. Mayın 5-də ölkə üzrə 30 min 303 bir nəfər üzərində test aparılıb. Onlardan 2253 nəfər xəstə çıxıb.
Son rəqəmləri nazir Fahrettin Koca sosial şəbəkədə paylaşıb. Bildirilir ki, gün ərzində 4 min 917 nəfər sağalıb, 64 nəfər dünyasını dəyişib. Bununla da, ölkə üzrə sağalananların sayı 78 min 202 nəfərə çatıb. Bu vaxtadək 1 milyon 234 min 724 nəfər test edilib.
Qeyd edək ki, Türkiyədə COVID-19 pandemiyası ilə mübarizədə tətbiq olunan qadağalar mərhələli şəkildə yumşaldılır. İlkin mərhələyə mayın 11-dən başlanılacaq.