600 min şəxsə nə qədər pul ayrılıb? - AÇIQLAMA
06.05.2020
İşsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət 600 min aztəminatlı şəxs müəyyən olunub və onlara aprel ayı üzrə birdəfəlik ödəniş həyata keçirilib. Aprel ayı üzrə ödənişlər bank və poçt filialları vasitəsilə vətəndaşlara ödənilib.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev "Azərbaycan” qəzetinə müsahibəsində bildirib. Sahil Babayev may ayı üzrə ödənişlə bağlı da vətəndaşlar üçün bank kartlarının artıq sifariş verildiyini deyib:
"Onlara banklar tərəfindən kartlarını götürmələri üçün mesaj göndərilir və vətəndaşlarımız kartları əldə edərək bankomatlardan may ayı üzrə vəsaitlərini ala biləcəklər. Ümumilikdə 600 min şəxsə aprel-may ayları üzrə birdəfəlik ödəmə verilməsi üçün 228 milyon manat ayrılıb ki, onun da artıq 114 milyon manatı aprel ayı üzrə həmin vətəndaşlara ödənilib”.