Belarusa qarşı sanksiya çağırışı
06.05.2020
Litva Seymi Avropa Birliyini Rusiya və Belarusa qarşı sanksiya tətbiqinə çağıran qətnamə qəbul edib.
Litva sanksiyaların Belarusdakı Ostrovetskaya Atom Elektrik Stansiyasının tikintisi ilə əlaqədar qəbul edilməsi gərəkdiyini söyləyib. Qətnamənin lehinə Litva parlamentinin 82 deputatı səs verib.
Qeyd edək ki, Litva uzun müddətdir bu AES-in tikintisinə qarşı çıxır. Rəsmi Vilnüsə görə, bu AES onun elektrik stansiyalarının təhlükəsizliyinə təhdid yaradır.