Türkiyədə ölüm halı iki dəfə azalıb
05.05.2020
Türkiyədə mayın 5-də 33 min 283 nəfər üzərində test aparılıb. Onlardan 1632 nəfəri xəstə çıxıb. Gündəlik ölüm halı iki dəfə azalıb.
Bu barədə Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb. Nazir bildirib ki, gün ərzində 5 min 119 nəfər sağalıb, 59 nəfər dünyasını dəyişib. Bununla da ölkə üzrə sağalanların sayı 73 min 285 nəfərə çatıb.
Qeyd edək ki, Türkiyədə COVID-19 pandemiyası ilə mübarizədə tətbiq olunan qadağalar mərhələli şəkildə yumşaldılır. İlkin mərhələyə mayın 11-dən başlanılacaq.