Britaniyada vəziyyət gərgindir
05.05.2020
Böyük Britaniya Avropada koronavirusdan ölüm halının ən çox müşahidə edildiyi ölkədir. Bu ölkə koronavirusdan ölənlərin sayına görə (30 mindən çox) İtaliyanı da geridə qoyub.
Hökumətin baş müşaviri Patrik Vallans ən çox ölüm halının müşahidə olunduğu London kimi böyük kosmopolit şəhərin epidemiyadan çox təsirlənməsinin təsadüfi olmadığını deyib.
Baş Nazir Boris Consonun mayın 9-da gündəlik həyatı normallaşdırmaq üçün hökumətin yol xəritəsini elan edəcəyi gözlənilir.