21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

TƏBIB-dən tövsiyyə

05.05.2020



Sərnişindaşımanın fasiləsizliyinin təmin edilməsi uçun vəzifələrin paylanması və onların həyata keçirilməsi üçün iş yerində və evdən işləmə üçün müvafiq şəraitin yaradılması olduqca vacibdir. Şəxsi gigiyena tədbirləri haqqında məlumat işçi heyətin diqqətinə çatdırılmalıdır. İşəgötürən tərəfindən işçilər qoruyucu vasitələr və dezinfeksiyaedici ləvazimatlarla (70 faizli spirt tərkibli gel və ya məhlul) mütəmadi təmin edilməlidirlər. İnfeksiyanın yayılmasının profilaktikasına dair məlumatların və maarifləndirici materialların elektron tablolar, nəqliyyat vasitələrində quraşdırılmış planşetlər vasitəsilə sərnişinlərə çatdırılması təmin olunmalıdır.

Bu məlumatlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) ictimai nəqliyyatda koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair hazırladığı metodiki göstərişlərdə əks olunub.

Qeyd olunub ki, dayanacaqlarda, yeraltı nəqliyyatın platformalarında və nəqliyyat vasitələrində nəqliyyatdan mümkün qədər az istifadə edib piyada getməyi təşviq edən plakatlar və videomonitorlarda maarifləndirici təşviqat materialları yerləşdirilməlidir. Sərnişinlərin bilet kassalarının, ödəmə terminallarının qarşısında, nəqliyyat vasitəsini gözləyərkən və yola düşdükdə, metro stansiyalarına daxil olduqda tibbi maska taxmaları tələb olunmalı və məsafə saxlamaları üçün nəqliyyat vasitələrinin gözləmə məntəqələrində - yerdə, platformalarda və s. müvafiq işarələnmə aparılmalıdır. Sərnişinlərlə sürücünün fiziki təmasının minimuma endirilməsi üçün nəqliyyat vasitələrində kabina olmadıqda onların arasında şəffaf arakəsmələr quraşdırılmalıdır. Şəhərdaxili taksilərdən istifadə edən sərnişinlər yalnız arxa oturacaqlarda otura bilərlər. Taksi sürücüsü ilə arxadakı oturacaqların arası şəffaf, hava keçirməyən arakəsmələrlə ayrılmalıdır. Bütün ictimai nəqliyyat vasitələrinin, o cümlədən taksilərin içərisinin havası vaxtaşırı dəyişdirilməli, fasilələr zamanı dezinfeksiya işləri aparılmalıdır. Sürücülər bir yerə yığışmamalı və onlara öz aralarında sosial məsafənin saxlanılması tapşırılmalıdır. Sürücülər arasında təmaslar minimuma endirilməlidir.

Metodiki göstərişlərdə, həmçinin ictimai nəqliyyatda dezinfeksiya edilməsi vacib olan sahələr və tövsiyə edilən dezinfeksiya maddələri haqqında da məlumat verilib. Bunlar aşağıdakılardır:

• Giriş-çıxışlardakı ayaqaltlıqlar (xlor tərkibli məhlul və ya digər);

• Qapı və qapı tutacaqları (spirt tərkibli məhlul və ya digər);

• Tutacaqlar (spirt tərkibli məhlul və ya digər);

• Döşəmələr/platformalar (xlor tərkibli məhlul və ya digər);

• Ödəniş terminalları (spirt tərkibli məhlul və ya digər);

• Eskalatorlar və onların tutacaqları (spirt tərkibli məhlul və ya digər);

• İctimai nəqliyyatın pəncərələri (spirt tərkibli məhlul və ya digər).