İsrail peyvənd yaradıb
05.05.2020
İsrail Bioloji Tədqiqatlar İnstitutu koronavirusa qarşı passiv peyvənd yaradıb.
Bu məlumatı İsrail Müdafiə Nazirliyi yayıb. Məlumata görə, yeni peyvənd virusu aşkar edərək, onu neytrallaşdırmağı bacarır. İnstitut peyvənd üçün patent alacağını və onun genişmiqyaslı istehsalı üçün müqavilə imzalayacağını bildirib.
Peyvənd istehsaldan öncə sınaqdan keçiriləcək.