Paşinyanın komandası DAĞILIR
05.05.2020
Ermənistan hakimiyyəti və deputatları arasında gərginlik artır.
Bu məlumatı "Joxovurd” qəzeti yayıb. Məlumata görə, Mənim Addımım fraksiyasının mayın 2-də baş tutan iclasında Paşinyan öz komandasına onlarla bağlı daxil olan şikayətlərdən yorulduğunu çatdırıb. Paşinyan iclas zamanı hər kəsi bir-biri haqqında kompromat toplamaq yerinə birgə işləməyə çağırıb.
Gərgin atmosferin parlamentlə bərabər, hökumətdə də mövcud olduğunu bildirilir. Buna görə də yaxın zamanlarda Ermənistan hökumətində yeni istefaların mümkün olduğu vurğulanır.