Türkiyədə vəziyyət necədir
04.05.2020
Türkiyənin yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kompleks mübarizəsi tədbirləri davam edir. Hökumət infeksiyanın yayılması ilə bağlı ikinci dalğanın baş verməməsi üçün sistemli risklərin qarşısını alır. Şübhəlilər üzərində test aparılması bu tədbirlərin önündə dayanır. Mayın 4-də ölkə üzrə 35 min 771 bir nəfər üzərində test aparılıb. Onlardan 1614 nəfər xəstə çıxıb.
Bu barədə son rəqəmləri nazir Fahrettin Koca sosial şəbəkədə paylaşıb. Bildirilir ki, gün ərzində 5 min 15 nəfər sağalıb, 64 nəfər dünyasını dəyişib. Bununla da, ölkə üzrə sağalananların sayı 68 min 166 nəfərə çatıb. Bu vaxtadək 1 milyon 171 min 138 nəfər testdən keçirilib. Ümumilikdə 127 min 659 nəfər müalicəyə cəlb olunub. Hazırda 1384 nəfər reanimasiyada, 727 xəstə süni nəfəs aparatına qoşulmuş haldadır.
Qeyd edək ki, Türkiyədə COVID-19 pandemiyası ilə mübarizədə tətbiq olunan qadağalar mərhələli şəkildə yumşaldılır. İlin mərhələyə mayın 11-dən başlanılacaq. Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Hökumətinin bu barədə qərarını mayın 4-də açıqlayıb. Dövlət başçısı ölkə ictimaiyyətinə müraciətində bildirib ki, infeksiyanın yayılmasına qarşı mübarizə qaydalarına, xüsusilə də sosial izolyasiya və təmizlik tələblərinə əməl etmək hər kəsin vətəndaşlıq borcudur.