Gürcüstan parlamentində tətil
05.05.2020
Gürcüstan parlamentində COVID-19 virusu ilə əlaqədar tətil elan olunub.
Tətil mayın 22-dək davam edəcək. Bununla belə, fövqəladə bir hal olarsa, parlament toplaşa bilər.
Parlamentdə səs çoxluğu ilə qəbul edilən bu qərar müxalifət tərəfindən dəstəklənməyib.
Lakin buna baxmayaraq, deputatlar mayın 5-dən tətilə çıxıblar.