23 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İ.Əliyev: Azərbaycan yeni vəziyyətə çevik və adekvat reaksiya verib

04.05.2020


Azərbaycan Qoşulmama Hərəkatında sədrliyinə dair əhatəli Tədbirlər Planı hazırlayıb və praktiki fəaliyyətə başlayıb. Koronavirus pandemiyası dünyada vəziyyəti tamamilə dəyişib və nəticədə yeni reallıqlar meydana çıxıb.

Bu barədə fikirlərini Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşündə səsləndirib. Dövlətimizin başçısı deyib: "Azərbaycan yeni vəziyyətə çevik və adekvat reaksiya vermişdir. Azərbaycanın təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının koronavirusa qarşı Təmas Qrupunun Zirvə Görüşü bunu göstərir”.

Azərbaycan Prezidenti Zirvə görüşündəki giriş nitqində COVID-19 qlobal pandemiyasının bütün dünya dövlətlərinə mənfi təsir göstərdiyini qeyd edərək deyib ki, heç bir ölkə bundan sığortalanmayıb. COVID-19-a yalnız qarşılıqlı dəstək, özünə qapanmama və birgə səylərlə qalib gələ bilərik.

Prezident İlham Əliyev BMT Baş katibi Antonio Quterreş tərəfindən koronavirusa qarşı mübarizə məqsədilə qlobal humanitar cavab planının elan edilməsini, BMT Baş Assambleyasında müvafiq qətnamələrin qəbul olunmasını və Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı qlobal mübarizədə oynadığı mühüm rolu yüksək qiymətləndirdiyini bildirib.