5,8 bal gücündə zəlzələ olub
03.05.2020
Yunanıstanın Krit adasının yaxınlığında, İrakliondan 127 kilometr cənubda zəlzələ baş verib.
AZƏRTAC Afina universitetinin seysmologiya laboratoriyasına istinadən xəbər verir ki, yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə qeyd olunub. Xəsarət alan və dağıntılar barədə məlumat yoxdur.