Moldovanın Daxili İşlər naziri koronavirusa yoluxub
03.05.2020
Moldovanın Daxili İşlər naziri Pavel Voyku koronavirus infeksiyasına yoluxub.
Nazirin özü mətbuata açıqlamasında koronavirusa tutulduğunu təsdiqləyib.
"Mayın 2-də koronavirusun yüngül formasına tutulduğum təsdiqlənib. Hazırda evdə özümütəcrid formasında müalicə alıram”, - deyə Voyku əlavə edib.
Qeyd edək ki, son məlumata görə, Moldovada 3980 nəfər koronavirusa yoluxub, onlardan 1004-ü tibb işçiləridir. 1334 nəfər koronavirusdan müalicə alaraq evə buraxılıb, 124 nəfər isə ölüb.