21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Yaponiyada rekord sayda ölüm qeydə alınıb

03.05.2020


Yaponiyada son sutka ərzində koronavirusdan rekord sayda (31 nəfər) ölüm qeydə alınıb.

Bu məlumatı Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi yayıb. Ölkə üzrə koronavirusdan ölənlərin ümumi sayı 530 nəfərə çatıb.

Buna qədər ən çox ölüm halının (29 nəfər) aprelin 23-də qeydə alındığı bildirilir. Ölənlərin əksəriyyətinin (15 nəfər) Tokioda olduğu qeyd edilir. Ümumilikdə son sutka ərzində 306 nəfərin koronavirusa yoluxduğu və ölkə üzrə belə xəstələrin sayının 15 min 500 nəfərə çatdığı bildirilir.

Həmçinin indiyədək 4600 nəfərin sağalaraq xəstəxanaları tərk etdiyi də göstərilir. Vəziyyəti daha ağır olan 332 nəfər hazırda intensiv terapiya şöbələrində saxlanılır.

Xatırladaq ki, Yaponiyada koronavirus pandemiyasına görə aprelin 17-dən tətbiq edilən fövqəladə vəziyyət rejimi mayın 6-da başa çatacaq və müddətinin daha bir ay uzadılması nəzərdə tutulub.