Moldovada 124 nəfər ölüb
02.05.2020
Moldovada koronavirusdan ölənlərin sayı 124 nəfərə çatıb.
Moldova Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ölkədə bu virusa yoluxanların sayı 4000 min nəfəri ötüb. Bunlardan 251 nəfərin vəziyyətinin ağır olduğu vurğulanır, 325 nəfərin isə vəziyyəti orta ağır qiymətləndirilir. 1334 nəfər isə tam sağalaraq evə buraxılıb.
Ümumilikdə Moldovada koronavirusla bağlı 19 mindən artıq test həyata keçirilib.