2 milyon tibbi ləvazimat aşkarlanıb
02.05.2020
İstanbulun Muratbey Gömrük İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı qaçaqmalçılıq yolu ilə Türkiyədən çıxarmağa hazırlanan 2 milyon 78 min 200 ədəd qoruyucu tibbi ləvazimat ələ keçirilib.
ABu barədə ölkənin Ticarət Nazirliyi açıqlama yayıb.
Məlumata əsasən, tibbi ləvazimatların xarici ölkəyə aid dövlət nömrə nişanı olan qoşqulu maşın vasitəsilə Türkiyədən çıxarılmasına cəhd göstərilib. Aşkarlanan vasitələrin ixracının yalnız Türkiyənin Səhiyyə Nazirliyinin rəsmi icazəsi əsasında mümkün olduğu, lakin qeyd edilən avtomobildə bu icazənin olmadığı bildirilir.
X-ray cihazı vasitəsilə aşkarlanan 760 mini cərrahi maska, 1 milyon 310 mini əlcək və 8 min 200-ü xüsusi geyim olmaqla ümumilikdə 2 milyon 78 min 200 ədəd tibbi vasitə müsadirə edilib.