21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Şirkət rəhbəri həbs edilib

02.05.2020

Daxili İşlər Nazirliyinin şəxsi heyəti ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı aparılan məqsədyönlü mübarizə tədbirlərini davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat tədbiri nəticəsində Astara rayon sakini, "Birlik-B” MMC-nin təsisçi-direktoru Şahismayıl Orucov karantin rejimi qaydalarını kobud surətdə pozmaqda şübhəli bilindiyi üçün saxlanılıb. Araşdırma zamanı müəyyən olunub ki, o, karantin dövründə sahibi olduğu MMC-yə qanunsuz olaraq işçilər götürərək onların adına özündə həqiqəti əks etdirməyən elektron müqavilələr bağlayıb. Daha sonra Şahismayıl Orucov həmin şəxsləri "icaze.e-gov.az” portalında qeydiyyatdan keçirib və onların xüsusi karantin qaydalarının tələblərinə zidd olaraq sərbəst hərəkət etməsinə şərait yaradıb.

Faktla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən Şahismayıl Orucov tutularaq istintaqa cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.