Litvada yoluxma - 1400
02.05.2020
Litvada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 14 nəfər artaraq 1399 olub.
Bu barədə Litvanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 132 min 768 nəfər müayinə olunub. Son sutka ərzində COVID-19 virusuna görə 7213 nəfərdən götürülən analizin 14-nün nəticəsi müsbət çıxıb.
Virusa yoluxma hallarının artacağı istisna olunmur. İndiyədək ölkədə koronavirusdan 45 ölüm faktı qeydə alınıb.