21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Pedaqoji fəaliyyət qaydası müəyyənləşib

02.05.2020


Pedaqoji fəaliyyətlə məşğul olma qaydası müəyyənləşib.

DM bildirir ki, bu barədə Baş Nazir Əli Əsədov Nazirlər Kabinetinin qərarını imzalayıb. Bu Qayda "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-1.1-ci və "Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddələrinə uyğun olaraq hazırlanıb və pedaqoji fəaliyyətlə məşğul olma qaydasını müəyyən edir. Bu Qaydanın tələbləri Qanunun 2.3-cü maddəsi nəzərə alınmaqla Azərbaycan Respublikasının bütün ümumi təhsil müəssisələrinə şamil edilir.

Qaydaya əsasən pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olan şəxslər, pedaqoji fəaliyyətlə məşğul olmaq üçün ixtisas tələbləri müəyyən edilib.

"Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-1.2-ci maddəsinə uyğun olaraq, aşağıdakı şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər:

-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslər;

-ağır, xüsusilə ağır cinayət törətməsinə görə məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslər;

-fəaliyyət qabiliyyətsizliyinə və ya məhdud fəaliyyət qabiliyyətli olmasına, habelə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 57 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda göstərilən xəstəliklərə görə pedaqoji fəaliyyətlə məşğul olmasına qadağa qoyulmuş şəxslər.

-Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi "Müəllimlərin etik davranış qaydaları”nı pozduğuna görə əmək müqaviləsinə xitam verilmiş pedaqoji işçi 1 (bir) il müddətində pedaqoji fəaliyyətlə məşğul ola bilməz.