Mayda hava necə olacaq
01.05.2020
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə mayda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacaq.
Xidmətdən bildiriblər ki, Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 19-21° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturunun gecə 10-15°, bəzi günlərdə 17-20° isti, gündüz 19-24°, bəzi günlərdə 27-29° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-21 millimetr) olacağı ehtimal edilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 16-21° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecə 9-14°, gündüz 20-25°, bəzi günlərdə 28-32° isti olacağı proqnozlaşdırılır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 33-62 millimetr) olacağı bildirilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperatur 13-15° isti olacaq. Bu da iqlim normasına yaxındır.
Havanın temperaturunun gecə 5-10°, gündüz 10-15°, bəzi günlərdə 19-24° isti olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 68-122 millimetr) proqnozlaşdırılır.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 18-21° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Havanın temperaturunun gecə 11-16°, gündüz 20-25°, bəzi günlərdə 28-32° isti olacağı ehtimal edilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 31-54 millimetr) olacağı ehtimalı var.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 15-19° isti olacağı proqnozlaşdırılır. Bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Havanın temperaturunun gecə 7-12°, gündüz 17-22°, bəzi günlərdə 25-30° isti olacağı bildirilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 26-166 millimetr) gözlənilir.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 19-23° isti olacağı ehtimalı var. Bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Havanın temperaturunun gecə 10-15°, bəzi günlərdə 18°, gündüz 20-25°, bəzi günlərdə 28-33° isti olacağı ehtimal edilir.
Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 26-62 millimetr), bəzi yerlərdə bir qədər çox olacaq .
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 16-20° isti olacağı ehtimal edilir. Bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Havanın temperaturu gecə 10-15°, gündüz 18-23°, bəzi günlərdə 25-30° isti olacaq.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 41-72 millimetr) olacağı gözlənilir.