Ukraynada yoluxma sayı 11 minə çatıb
01.05.2020
Ukraynada son sutkada 455 nəfər koronavirusa tutulub. Ölkənin Səhiyyə Nazirliyi xəbər verir ki, bununla da Ukraynada koronavirusa yoluxanların sayı 10 861 nəfərə çatıb. Ölkədə son sutka ərzində koronovirusdan 11 nəfər ölüb. Ümumilikdə, koronavirusdan ölənlərin sayı 272 nəfərə çatıb. Koronavirusdan ölənlərin 85 faizində ürək-damar, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. Yoluxanlardan 1413 nəfər tam müalicə olunaraq evlərinə buraxılıb.
Ukraynada COVID-19-a yoluxanların 60 faizi 30-59, 20,7 faizi isə 60-100 yaşlı insanlardır.
Qeyd edək ki, ölkədə mayın 11-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib.