İrandan çox şeymi istəyirik? - Pompeo
26.05.2018
ABŞ-ın İrana münasibətdə siyasəti bu ölkədəki hakim rejimin dəyişdirilməsinə hesablanmayıb.
"Dövran Media" xəbər verir ki, bunu "Amerikanın səsi”nə müsahibəsində ABŞ Dövlət katibi Mayk Pompeo deyib. Onun sözlərinə görə, ABŞ-ın son sanksiyaları İran liderlərinin xalqının səsini dinləməsi və regionda destruktiv fəaliyyətini dayandırması üçün davranışını dəyişdirməsinə hesablanıb:
"Söhbət rejim dəyişikliyindən yox, İran rəhbərliyinin davranışını dəyişməsindən gedir. Biz İran hakimiyyətindən çox şey istəmirik, sadəcə, onun özünü normal hökumətlər kimi aparmasını, xalqını talamamasını, xalqının pullarını Suriya və Yəməndəki avantüralara xərcləməməsini istəyirik. Əgər İran normal dövlət olsa, bu, İran xalqına uğur gətirər”.