Merkel karantinin uzadılacağını istisna etmir
01.05.2020
Mayın 6-da AFR kansleri Angela Merkelin və Almaniyanın bütün 16 federal əyalətinin hökumət rəhbərlərinin videokonfransı təşkil olunacaq. Danışıqlar zamanı karantinin müddətinin uzadılması, yaxud da karantin tədbirlərinin yüngülləşdirilməsi barədə qərar qəbul olunacaq.
AFR hökuməti dəftərxanasının rəsmi nümayəndəsi Broun bunu Almaniya televiziyasına müsahibəsində bildirib. O, hökumətin karantin müddətinin mayın 10-dək uzadılması barədə planını açıqlayıb. Lakin bu, yekun qərar deyil.
Almaniya hökuməti ölkədə karantin müddətinin uzadılması planını vətəndaşların yoluxmasında artımın müşahidə edilməsi fonunda götür-qoy edir.