270 mindən çox insan işıqsız qalıb
01.05.2020
ABŞ-ın mərkəzi və cənub bölgələrindən keçən şiddətli fırtına ölkə iqtisadiyyatına ciddi ziyan vurub.
ABŞ Milli Meteoroloji Xidmətin xəbər verir ki, əlverişsiz hava şəraitinin həftənin sonunadək davam edəcəyi proqnozlaşdırılır.
Təbii fəlakət nəticəsində, Amerikanın mərkəzi və cənub ştatlarında 270 mindən çox insan işıqsız qalıb. Güclü küləklə müşayiət olunan fırtına İllinoys, Missuri, Oklahoma, Texas və Luiziana ştatlarını əhatə edib. Əhalinin ən sıx məskunlaşdığı böyük şəhərlərdə, o cümlədən Sent-Luis, Hyuston, Yeni Orlean, Dallas və Oklahoma-Sitidə elektrik enerjisi kəsilib.
Elektrik enerjisi ilə təchizatda fasilələr karantin rejimində olan bu regionların əhalisi üçün bir sıra problemlər yaradıb. Koronavirusun yayılması ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərə görə amerikalılar soyuducularını ehtiyat ərzaqla doldurmalı olublar. Elektrik enerjisinin kəsilməsi donu açılmış bir sıra məhsulların xarab olmasına gətirib çıxarıb.