Kamran Əliyev Baş prokuror təyin edilib
01.05.2020
K.B.Əliyevin Azərbaycan Respublikasının Baş prokuroru təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alıram:
Kamran Bayram oğlu Əliyev Azərbaycan Respublikasının Baş prokuroru təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 may 2020-ci il.