21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Sabahdan balıq ovu dayandırılır

30.04.2020


Balıqların kürütökmə dövrü ilə əlaqədar mayın 1-dən balıq ovuna dörd aylıq moratorium qüvvəyə minir.

Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

O, balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri moratoriumun qüvvədə olduğu dövrdə balıq ovlamaqdan imtinaya və qaydalara əməl etməyə çağırıb: "Balıq ovuna qoyulan moratorium sentyabrın 1-dək davam edəcək və balıq ovu ilə məşğul olan hər kəsi bu müddətdə balıq ovlamamağa, balıq ehtiyatlarının artımının qarşısını alan bütün hərəkətlərdən imtina etməyə dəvət edirəm”.

Xidmətin rəisi icazəsiz balıq ovunun qarşısının alınması və balıqların kürütökmə dövrü ilə əlaqədar maneələrin aradan qaldırılması məqsədilə ölkənin daxili su hövzələrində növbəti nəzarət tədbirlərinin həyata keçirildiyini də qeyd edib: "Son günlər keçirdiyimiz reydlər nəticəsində istifadəsi qadağan edilən 9537 metr uzunluğunda sintetik tor, 2928 qadağan olunmuş müxtəlif ov aləti müsadirə olunub. Həmin faktlar üzrə bütün sübutlar yerində aktlaşdırılıb, təqsirkarların müəyyən edilməsi üçün toplanmış materiallar Su Nəqliyyatında Polis İdarəsinə göndərilib”.

Nazirlik rəsmisi, həmçinin ölkənin bütün sututarlarında, o cümlədən Xəzər dənizində nəzarət tədbirlərinin davam etdirildiyini balıq ovu ilə məşğul olanların diqqətinə çatdırıb.