Niderlandda heyvanlar da koronavirusa yoluxub
30.04.2020
Niderlandda COVID-19 virusunun insandan heyvana - su samuruna keçdiyi aşkarlanıb.
Ölkənin COVID-19 epidemiyasından 4 400 insanın öldüyü və 37 mindən çoxunun yoluxduğu Brabant-du Nord regionunun Eindhoven şəhərinin şərqində yerləşən iki su samuru fermasında heyvanlarda koronavirus aşkarlanıb.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuata açıqlamasında bildirilib ki, su samurlarında yeni koronavirusa yoluxma əlamətləri tapılıb. Heyvanların nəfəs almaq çətinliyi aşkarlanıb. Aparılan testlərin nəticəsində bəlli olub ki, bu məməlilər sinfindən olan heyvanlar COVID-19 virusundan əziyyət çəkir. Fermanın əməkdaşları arasında koronavirusa yoluxanlar olub və heyvanların məhz onlar tərəfindən yoluxduğu bildirilib.
Kənd təsərrüfat nazirinin göstərişi ilə hər iki fermanın yaxınlığından keçən yollar bağlanılıb və əhaliyə fermalara yaxınlaşmamaq tövsiyə edilib.
Hər iki fermanın əməkdaşları heyvanlarda aşkarlanan nəfəs alma problemləri və yoluxanların sayının artması ilə bağlı hökumətə məlumat verməlidirlər.
Xatırladaq ki, ticarət məqsədilə xəzinə görə su samuru təsərrüfatı ölkədə mübahisəli məsələlərdəndir. 2016-cı ildə ölkənin ən ali hüquqi instansiyası bu fermaların 2024-cü ilədək bağlanması barədə əmr verib.