Yol polisi: 839 nəfər cərimələnib
30.04.2020
Baş Dövlət Yol Polisi İdarəsi respublikanın avtomobil yollarında xüsusi karantin rejimini pozanların sayını açıqlayıb.
İdarədən bildiriblər ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə aprelin 29-u saat 00:00-dan aprelin 30-u saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 839 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunub.