21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Məhdudiyyətlər qüvvədə saxlanılıb

29.04.2020


Türkiyənin yeni növ koronavirusun (COVID-19) yayılmasının qarşısının alınmasına üçün apardığı mübarizə nümunəvi xarakter daşıyır.

Bu fikirləri Türkiyənin Səhiyyə naziri Fahrettin Koca nazirliyin Elmi Komitəsinin növbəti toplantısından sonra keçirdiyi mətbuat konfransında ifadə edib.

Türkiyədə koronavirusa ilk yoluxma halının martın 11-də aşkar edildiyini diqqətə çatdıran nazir ölümcül xəstəliyə qarşı mübarizədə keçilən yolla bağlı müfəssəl məlumat verib. Bildirib ki, hazırda 7428 tibb işçisi virusa yoluxanların müalicəsi prosesində iştirak edir. Hazırda yoluxma və ölüm hallarında kəskin azalma müşahidə olunur. Bu, virusla mübarizədə düzgün yolun seçilməsi və əhalinin mövcud qaydalara əməl etməsi sayəsində baş verir.

Qeyd edək ki, Türkiyədə koronavirusla bağlı mövcud məhdudiyyətlər hələ də qüvvədədir.