21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Tacikiclər də imtina edilir

29.04.2020


Tacikistan parlamentinin aşağı palatasının deputatları vətəndaşlara soyadlarının qeydiyyatı zamanı rus sonluqlarından istifadəni qadağan edən qanunun lehinə səs verib.

Interfax agentliyinə istinadla xəbər verir ki, bu barədə qanunverici orqanın mətbuat xidməti məlumat yayıb. "Qanun qüvvəyə mindikdən sonra –ov, -ova, -yev, -yeva, -ovna, -yevna, -oviç, -yeviç soyad sonluqları tam qadağan ediləcək”, - deyə Tacikistanın Ədliyyə naziri Müzəffər Aşuriyon bildirib.

Nazirliyin məlumatına görə, qadağa sənədlərini bundan əvvəl almış vətəndaşlara şamil edilməyəcək. "Bundan sonra sənəd almaq istəyənlərə soyadlarında –pur, -duht, (...) –zod, -zoda, -on, -yon, -iyon, -yor, -niyor və -far sonluqlarından istifadə etmək tövsiyə olunur”, - deyə nazirlik vurğulayıb.

Yenilik Tacikistanda yaşayan milli azlıqların nümayəndələrinə aid edilmir.

Qeyd edək ki, ölkədə soyadını ilk olaraq dəyişənlərdən biri də ölkə prezidenti Emomali Rahmon olub. O, 2007-ci ilə qədər Rahmonov Emomali Şaripoviç kimi tanınırdı.