Suriyada terror aktı törədilib
28.04.2020
Suriyanın Afrin rayonu ərazisində böyük insan tələfatı ilə nəticələnən ağır terror aktı törədilib.
DM Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, YPG/PKK terror təşkilatı tərəfindən törədilən terrorda ölənlərin sayı 35 nəfər çatıb. Ən azı 30 mülki şəxsin yaralı olduğu bildirilir. Terror aktı bomba yüklənmiş yanacaqdaşıyan maşının partladılması nəticəsində baş verib.