Vasif Talıbov rəisi işdən çıxardı
26.05.2018
Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi vəzifəsindən azad edilib.
"Dövran Media"nın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov mayın 25-də bununla bağlı müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən Əbil Əbilov Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi vəzifəsindən azad edilib.