Rusiya və Türkiyə Xİ nazirləri telefonla müzakirə ediblər
28.04.2020
Rusiyanın və Türkiyənin Xarici İşlər nazirləri koronavirus pandemiyası ilə mübarizədə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Rusiya Xarici İşlər Nazirliyi xəbər verir ki, Rusiya və Türkiyə Xarici İşlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Tərəflər koronavirus pandemiyası ilə mübarizədə əməkdaşlıq məsələlərini müzakirə ediblər. Söhbət zamanı Rusiya və Türkiyə vətəndaşlarının qarşılıqlı surətdə vətənə qaytarılması, Suriya münaqişəsinin nizamlanması məsələləri diqqət mərkəzində olub.
Xarici siyasət idarələrinin rəhbərləri ikitərəfli münasibətlərə dair aktual məsələləri, beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyət istiqamətlərini də nəzərdən keçiriblər.