21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

149 vətəndaşımız BƏƏ-dən Bakıya gəlir

28.04.2020


Prezident İlham Əliyevin tapşırığı və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın nəzarəti ilə koronavirus (COVID-19) pandemiyası səbəbindən Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə qayıtmaq üçün qeydiyyata düşmüş 317 nəfər Azərbaycan vətəndaşından vəziyyəti ən kritik olan 149 nəfəri BƏƏ-nin "Flydubai” kommersiya aviaşirkətinin təyyarəsi ilə aprelin 28-də Bakıya yola salınıb. Onlardan 15 nəfərinin təyyarə bileti dövlət hesabına ödənilib. Bu barədə Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyindən məlumat verilib.

Azərbaycana yola salınmış vətəndaşlarımızdan ən ciddi ehtiyacı olan 75 nəfəri martın 22-dən etibarən Prezident İlham Əliyevin xüsusi tapşırığı və Dubaydakı Baş Konsulluğumuzun təşkilatçılığı ilə dövlətin ayırdığı vəsait hesabına Dubayın "Hampton by Hilton” otelində yerləşdirilib və onlar gündə iki dəfə yeməklə təmin olunublar.

Dubay Beynəlxalq Hava Limanından Azərbaycana yola düşən vətəndaşlar Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya bu çətin vaxtlarda onlara göstərdikləri diqqət və qayğıya, həmçinin Vətənə qayıtmalarına yaratdıqları imkana görə dərin minnətdarlıqlarını bildiriblər.

Onu da qeyd edək ki, Azərbaycanın Dubaydakı Baş Konsulluğu Vətənə yola düşən vətəndaşlarımızın sayının çox olmasını nəzərə alaraq, Dubay Beynəlxalq Hava Limanında onların qeydiyyat prosesinin sürətləndirilməsi və maneəsiz keçmələri üçün yerli qurumlarla sıx əməkdaşlıq edib.

Həmçinin BƏƏ-nin müvafiq dövlət orqanları vətəndaşlarımızın təxliyəsi prosesində səfirliyə və Dubaydakı Baş Konsulluğumuza hərtərəfli yardım edib. Vətəndaşlarımız təyyarəyə minməzdən əvvəl hava limanında xüsusi olaraq COVID-19 testindən keçiblər.