İrandan Amerikaya cavab
27.04.2020
Söz, fikir və mətbuat azadlığını, demokratiya və insan hüquqlarını siyasətinin təməl prinsipləri bəyan edən ABŞ özü bu prinsiplərə niyə əməl etmir?
Bu sözlər İranın Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsində yazılıb. Qeyd olunub ki, "İran” qəzetinin elektron variantının internetdə bloklanması nəinki söz və fikir azadlığı prinsiplərinə, eləcə də beynəlxalq qanunlara və normalara ziddir. ABŞ bir qəzet qarşısında aciz qaldığını göstərir.
Nəzərə çatdıraq ABŞ Maliyyə Nazirliyinin istəyi ilə İranın rəsmi "İran” qəzetinin internet saytı bloka salınıb. Bundan əvvəl isə ABŞ İranın "Fars news” xəbər agentliyinin internet səhifəsini bloklayıb.
Bu gün İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif BMT-nin Baş Katibi Antonio Quterreş ilə telefon əlaqəsi saxlayıb. Söhbət zamanı Yəməndə baş verən silahlı münaqişə müzakirə edilib. Nazir Baş Katibdən Yəmənə humanitar yardım göstərməyin zəruri olduğunu bildirib. İran mətbuatı yazır ki, son 1 həftə ərzində M.C. Zərif BMT-nin Baş Katibi arasında 3 dəfə telefon danışığı olub.
Koronavirusla mübarizə çərçivəsində bağlanan İran ilə Pakistan sərhəd-keçid məntəqəsi fəaliyyətə başlayıb.
İranın Baş Gömrük İdarəsinin mətbuat katibi Ruhullah Lətifi bildirib ki, keçid məntəqəsi həftədə 3 gün 8 saat müddətində fəaliyyət göstərəcək. Ərzaq daşıyan yük avtomobillərinin keçidinə məhdudiyyət qoyulmayacaq.