ABŞ-da yaşayan soydaşımız koronavirusdan həyatını itirib
26.04.2020
ABŞ-ın Nyu-York şəhərinin Bruklin rayonunda yaşayan Azərbaycan icmasının üzvü Natiq Qasımov koronavirusdan vəfat edib.
Mərhum Bruklində yerləşən Coney Island xəstəxanasında bir neçə həftə müalicə alsa da, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Nyu-York ştatında yeni koronavirusa yoluxanların sayı 282 min nəfəri ötüb (155 mini Nyu-York şəhərində), 16 min 599 nəfər (11 817-si Nyu-York şəhərində) isə bu xəstəlik səbəbindən həyatını itirib. ABŞ ərazisində, ümumi yoluxanların sayı 963 mini, ölənlərin sayı 54 350 nəfər keçib.