21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

S. Ünsal: Ermənistan hər zaman Türkiyəyə qarşı riyakarlıq edib

26.04.2020


Ermənistan Türkiyəyə qarşı hər zaman riyakarlıq edib. Ortada elə bir fakt yoxdur ki, Ermənistanın Türkiyəyə münasibətdə səmimiyyəti olsun.

Bu fikirləri Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini və İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsal bildirib.

Erməni millətçiliyinin xəstə təxəyyül üzərində formalaşdığını diqqətə çatdıran S.Ünsal deyib: "Ermənilərin Osmanlı dövlətinə qarşı xəyanətləri ilə bağlı qalaq-qalaq sənədlər mövcuddur. 1914-1920-ci illərdə xalqımıza qarşı misli görünməmiş soyqırımları həyata keçiriblər. Bütün bunlar azmış kimi müasir dünyanın gözü qarşısına Azərbaycan torpaqlarının iyirmi faizini işğal ediblər, Azərbaycana və Türkiyəyə qarşı düşmənçilik nümayiş etdirirlər. Sual yaranır, düşmənçilik hara, Türkiyədən sərhədlərin açılmasını ummaq, yardım istəmək hara? Dilənçilik bu toplumun milli vərdişidir. İndi bütün dünya erməniləri qapı-qapı düşüb Ermənistana pul dilənməyə başlayıblar. Kimi saxta "erməni soyqırımı” mövzusuna dair həqiqət maraqlandırırsa, əvvəlcə Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonların işğal altında saxlanılması faktına baxsın”.