İspaniyada ölüm 23 mini keçdi
26.04.2020
İspaniyada Covid-19 virusundan ölənlərin sayı son 24 saatda 288 artaraq 23 190-a çatdı.
Səhiyyə Nazirliyi ölüm və Covid-19 virusu ilə əlaqəli halların sayını yeniləyib. Martın 14-dən bəri Covid-19-a qarşı fövqəladə vəziyyət rejiminin tətbiq olunduğu İspaniyada gündəlik ölüm sayında ən aşağı artım 20 martdan (235 ölü) sonra qeydə alınıb. Dünən ölkədə 378 olaraq açıqlanan gündəlik ölüm sayı bu gün 288 olub. Nazirlik ölənlərin ümumi sayının 23 190-a yüksəldiyini bildirib.
Ölkədəki yoluxma sayı dünənlə müqayisədə 1729 artaraq ümumilikdə 225 min 488 nəfər olub.