Tayson rinqə qayıtmaq istəyir
26.04.2020
Boks üzrə ağır çəkidə sabiq mütləq dünya çempionu Mayk Tayson xeyriyyə məqsədli döyüşlər üçün rinqə qayıtmaq istədiyini bildirib.
Bu barədə 53 yaşlı boksçu özü məlumat verib. O, evsizlərə və narkomaniyadan əziyyət çəkən insanlara kömək etmək məqsədilə pul qazanmaq üçün idmana qayıtmaq niyyətində olduğunu vurğulayıb.
Amerikalı boksçu karyerası ərzində 58 döyüş keçirib, onların 50-də qələbə (44-ü nokautla) qazanıb, 6-dan məğlub ayrılıb.