Əmanətlərin tam sığortalanması müddəti uzadılıb
25.04.2020
Əmanətlərin tam sığortalanması müddəti 9 ay uzadılıb.
Prezident İlham Əliyev "Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu” imzalayıb. Sənəddə Qanunun 3-cü maddəsində dəyişiklik olunub. Dəyişikliyə əsasən, əmanətlərin tam sığortalanması müddəti 9 ay uzadılıb.
Qeyd edək ki, əmanətlərin tam sığortalanması bu il martın 4-dək olan müddəti əhatə edirdi.