Deputat koronovirusa yoluxub
25.04.2020
Rusiya Dövlət Dumasının deputatı, MDB işləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqə Komitəsinin sədri Leonid Kalaşnikov koronovirus infeksiyasına yoluxub.
DM xəbər verir ki, bu barədə jurnalistlərə deputat özü məlumat verib. Xəstəliyə öz sürücüsündən yoluxduğunu qeyd edən L.Kalaşnikov deyib ki, tomoqrafiya zamanı hər iki ağ ciyərinin iltihabı müəyyən edilib. Deputat hazırda xəstəxanada müalicə olunur.
Qeyd edək ki, Leonid Kalaşnikovun 59 yaşı var.