ABŞ-da ölü sayı 50 mini keçib
25.04.2020
Koronavirus epidemiyasının mərkəzi hesab olunan ABŞ-da 50 mindən çox ölüm hadisəsi qeydə alınıb. Ölənlərin sayına görə və Covid-19-a yoluxmada ilk sırada olan ABŞ-da vəziyyət hər gün pisləşir.
AA xəbərinə görə, Johns Hopkins Universitetinin paylaşdığı məlumatlarda deyilir ki, ölkədə virus səbəbiylə ölənlərin sayı 50 min 31-dir.
Ölkədə aşkar olunan yoluxma sayı 870 min 468-dir.
Digər tərəfdən Nyu-York əyaləti ölkədə ən çox ölüm və ölüm hadisəsinin baş verdiyi yer olaraq ön plana çıxır. Əyalətdə 270 mindən çox hadisə qeydə alınıb, təxminən 21 min insan ölmüşdür.