Bunu onların vicdanına buraxıram - LAVROV
25.05.2018
Əgər Hollandiya siyasi məqsədlərinə nail olmaq üçün "Boinq MH17” təyyarəsinin qəzası barədə fərziyələr irəli sürürsə, o zaman bunu onların vicdanına buraxıram.
"Dövran Media" xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.
Xatırladaq ki, Hollandiya və Avstraliya 2014-cü ildə Ukraynanın hava sahəsində Malaziyanın "Boinq MH17” təyyarəsinin vurulmasına görə, Rusiyanın məsuliyyət daşığını açıqlayıb.