21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Fransa MN ordu üçün dərman alıb

24.04.2020


Fransa Müdafiə Nazirliyi ordu üçün COVID-19 virusuna qarşı mübarizə məqsədilə xlorokin əsaslı dərman alıb.

Nazirlik bunun ehtiyat alışı olduğunu təsdiqləyib. Bildirilib ki, bir neçə həftədir Fransada COVID-19 epidemiyasına qarşı mübarizədə böyük müzakirələrə səbəb olan bu dərmanın səmərəliliyi səhiyyə rəhbərliyi tərəfindən təsdiqlənib.

Xlorokin (və ya hidroksixlorokin və azitromisin antibiotikindən ibarət) əsasında müalicə COVID-19 epidemiyası başlayandan Marseldən olan professor Raul Didye, eləcə də digər tibbi tədqiqatçılar tərəfindən səmərəli müalicə kimi qeyd olunub.

Müdafiə Nazirliyi 15-i reanimasiyada olmaqla 1500 hərbçinin COVID-19 virusuna yoluxduğunu bildirib.

Xatırladaq ki, Charles-de-Gaulle təyyarə daşıyan hərbi gəmisinin göyərtəsində də mindən çox hərbi dənizçidə COVID-19 virusu aşkarlanıb.