21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Dünən dünyada 73 min insan koronavirusa yoluxub

24.04.2020


Ötən sutka ərzində dünyada 73 mindən çox insan koronavirusa yoluxub. Bu, daha əvvəlki günlə müqayisədə bir qədər azdır.

AZƏRTAC TASS informasiya agentliyinə xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Aprelin 23-nə olan vəziyyətə görə, dünyada koronavirusa yoluxanların sayı 2 milyon 544 min 792-yə, ölənlərin sayı 175 min 694-ə çatıb. Sutka ərzində dünyada yoluxanların sayı 73 min 657, ölənlərin sayı 6 min 689 olub.
Daha çox yoluxma və ölüm halları Avropada qeydə alınıb: 1 milyon 251 min 458 nəfər yoluxub və 113 min 336 nəfər ölüb. Avropada sutka ərzində yoluxanların sayı 31 min 972-yə, ölənlərin sayı 3 min 384-ə çatıb.

Şimali və Cənubi Amerikada ümumilikdə 957 min 402 insan yoluxub, 47 min 812 nəfər ölüb. Bu bölgə sutka ərzində yoluxmanın sayına görə (32 min 111) Avropanı ötür, ölənlərin sayına görə (3 min 38) ondan geridədir.

Yoluxanların sayı üzrə üçüncü yeri Şərqi-Aralıq dənizi regionu tutur. Aprelin 23-də regionda 144 min 450 yoluxma, 6469 ölüm faktı qeydə alınıb.

ÜST-nin ölkələr üzrə dərc etdiyi cədvəldə daha çox xəstələnmə halı ABŞ-da qeydə alınıb – 800926. Sonrakı yerlərdə İspaniya (208389), İtaliya (187327), Almaniya (148046), Böyük Britaniya (133499), Fransa (117961), Türkiyə (98674), İran (85996), Çin (84301) və Rusiya (62773) gəlir.