21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Türkiyədə 18 mindən çox sağalan var

24.04.2020


Yeni növ koronavirus (COVID-19) infeksiyası Türkiyədə daha 115 nəfərin həyatına son qoyub. Bununla da ölənlərin sayı 2 min 491-ə çatıb. Aprelin 23-də ölkə üzrə virusdan müalicə olunanlardan 2 min 14 nəfər sağalıb.

Bu barədə son rəqəmləri nazir Fahrettin Koca sosial şəbəkədə paylaşıb. Nazir bildirib ki, bu gün ümumilikdə 40 min 962 nəfər üzərində müayinə aparılıb. Onlardan 3 min 116-da infeksiya aşkarlanıb.

Ümumi hesabda, bugünədək ölkə üzrə 791 min 906 nəfər testdən keçirilib. İnfeksiyadan müalicəyə cəlb olunanların sayı 101 min 790 nəfərə çatıb. Onlardan 1816 şəxs reanimasiyada, 982 xəstə süni nəfəs aparatına qoşulmuş haldadır. İndiyə qədər 18 min 491 nəfərin müalicəsi müsbət nəticə verib.