21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İran ABŞ-a etiraz notası təqdim edib

23.04.2020


İsveçrənin İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim olunub.

Bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Abass Müsəvi məlumat verib. O bildirib ki, prezident Donald Trampın İran hərbi gəmilərinin Fars körfəzində qanunazidd manevrlər etməsi haqqında bəyanatı absurddur və rəsmi Tehran bu kimi bəyanatlara qəti etirazını bildirir. İranın dəniz sərhədlərini mühafizə edən hərbi katerlər xidməti vəzifələrini yerinə yetiriblər. A.Müsəvi nəzərə çatdırıb ki, ABŞ-ın Fars körfəzindəki hərbi gəmiləri beynəlxalq qanunları pozaraq təhrikedici hərəkətlərə yol verirlər. Bu gəmilər İranın təhlükəsizliyi üçün təhrikedici hərəkətlərə yol versələr ağır cavab alacaqlar.

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif də "Twitter” hesabından məsələyə münasibət bildirib. O yazıb ki, ABŞ gəmilərinin 700 mil uzaqlığa gələrək İran sərhədlərinin yaxınlığında manevr etmələri və bundan sonra qanundan danışmaları heç bir məntiqə sığmır. Nazir yazısını sualla bitirir: ABŞ-ın hərbi gəmilərinin İranın dəniz sərhədində nə işi var?
Qeyd edək ki, İranın hərbi katerləri ABŞ-ın Fars körfəzindəki gəmilərinə yaxınlaşıb ki, bu da Vaşinqtonda etirazla qarşılanıb. Bundan sonra prezident D.Tramp "Twitter” hesabında yazıb ki, İran katerlərini vurmaq əmri verib.

Onu da nəzərə çatdıraq ki, İran ilə ABŞ-ın diplomatik əlaqələri olmadığı üçün qarşılıqlı razılıq əsasında ABŞ səfirliyinin funksiyalarını İsveçrənin Tehrandakı səfirliyi yerinə yetirir.